четверг, 24 ноября 2011 г.

PRAKTİKİ MARKETİNG TƏLİMİ

19.11.2011 – 20.11.2011 tarixlərində Brand Sollutions və BLBS şirkətinin birgə layisə əsasında “Praktiki Marketing” təlimi keçirildi. Yalnız və yalnız praktik instrumentlər əsasında yaradılan təlim çox böyük rəğbətlə iştirakçılar tərəfindən qarşılandı. Bildiyimiz kimi klassik marketing instrumentlərin bir çoxunun Azərbaycanda istifadə olunmamasının səbəbi bizim bazarın özünə məxsus xüsusiyyətlərin olmasıdır. Buna görə də təlimin əsasını ancaq Azərbaycana aid case – lər təşkil edirdi.  İştirakçılar Azərbaycan praktikasında istifadə oluna biləcək pozisiyalanma, SWAT analiz, ROI, ABC analiz, 4p+3c matriksi, BCG, assortiment matriksi və bir sıra digər praktiki instrumentlərə yiyələndilər. Sonda imtahanı uğurla başa vuran iştirakçılar xüsusi sertifikatla təltif olundu.
Təlimin planı
  1. Marketinqin əsasları
1.1.Marketinqin əsas 4 P-si
  1. Product
2.1.Məhsulun həyat dövriyyəsi
2.2.Yeni məhsulun yaradılması
2.3.Məhsulun klassifikasiyası
2.4.Məhsulun assortimenti
2.5.Məhsulun mənfəətlik dərəcəsi
  1. Price
3.1.Qiymətləndirmənin əsas məqsədləri
3.2.Qiymətləndirmə metodları
3.3.Qiymətin elastikliyi
3.4.Praktiki instrument 100i
  1. Place
4.1.Satış kanalının sxemi
4.2.Satış kanallarının uzunluğu və eni
  1. Promotion
5.1.Klassifikasiyası
5.2.Reklam kanalları
5.3.Trade marketing
5.4. Az büdcəli marketing
  1. Praktiki instrumentlər
6.1.SWOT analiz
6.2.ABC analiz
6.3.Porterin 5 rəqabət gücü
6.4.AİDA
6.5.ROİ
6.6.BCG matriksi