понедельник, 10 октября 2011 г.

Büdcəsiz marketing lazımdırmı?

İqor Mannın master – klassında bəhs ediləcək “Büdcəsiz marketing” insanlar tərəfindən ilkin olaraq bir mənalı qarşılanmır. Böyük şirkətlər çox vaxt düşünürlər ki, büdcəsiz marketin ancaq kiçik şirkətlərə lazımdır.  İlkin olaraq nəzərinizə çatdırım ki, “Büdcəsiz marketing” – heç bir büdcə sərf etmədən və ya cuzi maliyə sərf edərək satışın bir başa yüksəlməsinə yönələn marketing vasitəsidir.
Qeyd edim ki, Büdcəsiz  marketing həm kiçik həm də böyük şirkətlər tərfindən istifadə oluna bilər, ancaq istifadə vasitəsi bir-birindən fərqlənəcək.
Onunla razıyam ki, “Büdcəsiz marketing” kiçik firmalara ilk növbədə hava və su kimi lazımdır. Kiçik biznes üçün bu özünü bazara çıxarmaq və tanıtmaq üçün əsas reklam vasitəsidir. Orta biznes ənənəvi reklam vasitləri ilə yanaşı partizan marketingindən istifadə edə bilər ki, bu da ənənəvi reklamın effektivliyini artıracaq, həmçinin reklama qoyulan pulun daha tez dönməsinə gətirib çıxardacaq.
Böyük biznesə gəldikdə isə  bu faktdır ki, büdcə nə qədər də çox olsa həmişə azlıq edəcək və iri firmalar büdcəsiz marketingə əl ataraq ənənəvi reklam növü ilə çata bilmədiyi potensial müştərilərə çata bilərlər.
Aşağıdakı linkdə partizan marketingin reklam vasitələrini görə bilərsiniz. Yalnız unutmayın ki, bu ancaq partizan marketinginin reklam vasitəsidir, ancaq büdcəsiz marketing master -klassında bir çox vasitələrdən söhbət açılacaq.
http://www.avgur-m.ru/493

Комментариев нет:

Отправить комментарий